Naxçıvanda sərnişin sürücüyə hədə-qorxu gələrək pulunu alıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 10-da saat 13 radələrində Naxçıvan şəhərində şəhər sakini A.Əsgərov idarə etdiyi “VAZ-21015” markalı avtomobildəki sərnişinin ona hədə-qorxu gələrək pulunu alması ilə bağlı polis orqanına müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Babək rayon sakini T.Allahverdiyev müəyyən olunaraq saxlanılıb.
Naxçıvan şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.