Kürdəmirdə adam öldürməyə cəhd hadisəsi olub.
Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, apelin 18-də Kürdəmir rayonu Çöl-Qubalı kənd sakini 35 yaşlı Sahil Həsənovun xəsarətlə xəstəxanaya daxil olması barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı 33 yaşlı Ramiz Hüseynovun şəxsi münasibətlər zəminində həmkəndlisi Sahil Həsənova kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Ramiz Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.