Keçmiş arvadını öldürən şəxs 16 il azadlıqdan MƏHRUM EDİLDİ
04 sentyabr 2023 16:34 (UTC +04:00)

Keçmiş arvadını öldürən şəxs 16 il azadlıqdan MƏHRUM EDİLDİ

Bakıda keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən İlqar Qəribovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Daha sonra hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib.

Söz prokurora verilib. Prokuror təqsirləndirilən şəxsə 18 il azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmişin hüquqi varis 18 ilin az olduğunu, İlqar Qəribova ömürlük cəza verilməsini istəyib.

Nəhayət hökmə əsasən, İlqar Qəribov 16 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ittihama əsasən, İlqar Qəribov keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü Raminə Qəribovaya Xətai rayonu, Məhəmməd Hadi küçəsində çoxsaylı xəsarətlər yetirərək, onu qətlə yetirib.

İclasda söz təqsirləndirilən şəxsə verilib. O, hadisə üzrə özünü qismən təqsirli bilib:

"Mən o hadisəni qısqanclıq səbəbilə törətmişəm".

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü İlqar Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı keçmiş həyat yoldaşı 1983-cü il təvəllüdlü Raminə Qəribovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2505
avatar

Fidan İlqar

Oxşar yazılar