İki qızın dostluğu və törətdikləri  BİR QƏTLİN HEKAYƏSİ
10 iyul 2023 20:15 (UTC +04:00)

İki qızın dostluğu və törətdikləri BİR QƏTLİN HEKAYƏSİ

Paulin və Cülyettanın orta məktəbdəki obsesif dostluğu sonda onların real dünya ilə əlaqəsini kəsməsinə səbəb olub. Yaratdıqları dünyaya getdikcə daha çox inanan gənc qızların qətli bütün ölkədə böyük sarsıntı yaradıb.

Lent.az xarici mənbələrə istinadən onların hekayəsini təqdim edir:

Pauline Parker və Cülyetta Hulmenin dostluğu məktəbdə başlayıb. Pauline Yeni Zelandiyada anadan olub və atası balıq mağazasının, anası isə otel sahibi olub. Cülyetta isə ilk ingilis hidrogen bombasının yaradılmasına kömək edən məşhur fizik Henri Rainsford Hulmenin qızı idi.

Paulin balaca solğun görünən qız olduğu halda, lakin Cülyetta uzun boylu, ingilis ləhcəsi olan cazibədar bir qız idi. Cütlüyün həyatı Yeni Zelandiyada bir məktəbdə bədən tərbiyəsi dərsində kəsişir.

Solda Paulin, sağda Cülyetta

İkisi yaxınlaşdıqca aralarındakı münasibət daha da dərinləşib. Onlar hər ikisi təxəyyüllü qızlar idi və tədricən “Dördüncü Dünya” adlı yeni bir dünya yaradıblar və Mario Lanza kimi bəzi məşhurları “müqəddəs” kimi izzətləndirən bir din icad ediblər.

Yeniyetmə qızlar "Dördüncü Dünya"da cərəyan edən hekayələr yazıblar və bir gün roman nəşr etməyi xəyal ediblər. Onlar yavaş-yavaş reallıqdan uzaqlaşaraq fantaziya aləmində yaşamağa başlayıblar.

Eyni zamanda, qızlarda bir-birlərinə qarşı dərin bir vəsvəsə yaranmağa başlayıb. Pauline Cülyettanın evində çox vaxt keçirsə də, qızlar ayrı olanda özünə qapanır, hətta xəstələnirlərmiş.

Qızların valideynləri onların homoseksual münasibətdə olduqlarını düşünməyə başlayıblar. O zaman Yeni Zelandiyada homoseksuallıq psixi xəstəlik və cinayət sayılırdı.

1954-cü ildə Cülyettanın valideynləri boşanmaq qərarına gəliblər və qız qohumları ilə yaşamaq üçün Cənubi Afrikaya getdiyini söyləyib. Pauline Cülyettadan ayrılmaq istəmiyib, lakin anası Honora Rieperin Cülyettanın onlarla yaşamasına icazə verməyəcəyini bildirib.

16 yaşlı Paulin və 15 yaşlı Cülyetta maneə kimi gördükləri anaları Honorahı öldürmək və bunu qəza kimi göstərmək üçün plan qurublar.

Pauline anası ilə bağlı planlarını gündəliyinə yazıb: "Anam niyə ölmür? On minlərlə insan daim ölür; Bəs, niyə anam və atam da ölmür?"

1954-cü il iyunun 22-də Pauline qətl günü üçün gündəliyinə "Happy Incident Day" yazıb. Həmin gün Cülyetta və Pauline ana Honorahı parka gəzintiyə dəvət ediblər. Bu gəzinti zamanı Pauline və Cülyetta  Honorahın corabına gizlətdikləri kərpiclə iyirmidən çox zərbə ilə onu öldürüblər.

Ana öləndə qızlar kömək üçün yaxın məsafədəki bufetə qaçaraq Honorahın yıxılaraq başının daşa dəydiyini deyiblər. Əvvəlcə doğru görünsə də, polis araşdırması və qanlı kərpicin tapılması faktları ortaya çıxarıb.

İki qızın törətdiyi qətl ölkədə bomba effekti yaradıb. İttiham tərəfi Paulinin gündəliyində anasının qətli ilə bağlı təfərrüatları tapıb, orada yazılıb: "Təbii ki, biz bir az əsəbi hiss edirik, amma gözləməyin həzzi gözəldir".

Qızların vəkili onların delusional pozğunluqla yaşlı olduğunu irəli sürüb, lakin bu cəhd məhkəmədə nəticə verməyib. Yenə iki qız arasında homoseksual iddialar irəli sürülüb, lakin hər ikisi bu iddianı təkzib edib.

1954-cü il avqustun 28-də hər iki qız qətldə təqsirli bilinir. Halbuki onlar hələ yetkinlik yaşına çatmamışdılar, ona görə də 5 ili ayrı-ayrı həbsxanalarda keçiriblər.

Həbs cəzaları bitdikdən sonra Pauline və Cülyetta tamamilə ayrı həyatlara başlayıblar. Pauline adını Hilari Nathan olaraq dəyişdirib və İngiltərədə tək yaşayıb. O, dindar katolik olub və günlərini uşaqlara at sürməyi öyrətməklə keçirib. Onun bacısı Vendi bildirib ki, Nathanın xarici dünya ilə heç bir əlaqəsi yoxdur və anasını öldürdüyünə görə çox peşmandır.

Cülyetta uşaqlıq arzusunu həyata keçirib. 1994-cü ildə qızlar haqqında filmin nümayişindən sonra jurnalistlər Cülyettanın adını Anne Perri olaraq dəyişdirdiyini və ən çox satılan cinayət kitabının müəllifi olduğunu aşkar ediblər. Anne Perri 2023-cü ilin aprelində 84 yaşında vəfat edib.

Pauline və Cülyettanın qətli bu gün də Yeni Zelandiyada rezonans doğurur. Bu, təkcə qətl deyil, həm də təxəyyülün qaranlıq tərəflərini və yaxın dostluqlarla bağlı narahat düşüncələri xatırladır.

# 9624
avatar

Fidan İlqar

Oxşar yazılar