Gözəllik kraliçasını əri öldürdü:  blenderdə doğrayıb kimyəvi məhlulla əritdi
12 dekabr 2025 12:08 (UTC +04:00)

Gözəllik kraliçasını əri öldürdü: blenderdə doğrayıb kimyəvi məhlulla əritdi

0

“Miss İsveçrə — 2007” müsabiqəsinin finalçısı olmuş qadını əri öldürüb. Kişiyə qətllə bağlı rəsmi ittiham irəli sürülüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 38 yaşlı gözəllik kraliçası Kristina Yoksimoviçin eybəcər hala salınmış qalıqları 2024-cü ilin fevralında onun evində tapılıb. Əsas şübhəli dərhal həyat yoldaşı Tomas olub. O əvvəlcə bildirib ki, arvadının meyitini tapıb və panika vəziyyətində cəsədi hissələrə ayırıb. Lakin 2024-cü ilin martında Tomas cinayəti etiraf edib. Bununla belə qadının ona ilk olaraq bıçaqla hücum etdiyini və onun yalnız özünümüdafiə məqsədilə hərəkət etdiyini iddia edib. Məhkəmə-tibbi ekspertiza bu ifadələri təkzib edib.

Polis müəyyən edib ki, Yoksimoviç lobzik, bağ qayçısı və bıçaqla hissələrə ayrılıb. Kişi qadının bədəninin bəzi hissələrini blenderdə xırdalayıb, daha sonra kimyəvi məhlulda həll edib. Buna baxmayaraq, Bazel-Land kanton məhkəməsi ona qarşı yekun ittihamları yalnız indi irəli sürüb. Bundan əlavə, Yoksimoviçin tanışları onun ərinin soyuqqanlı və qəddar bir insan olduğunu, qadına qarşı zorakılıq tətbiq etdiyini bildiriblər.

Kişi hazırda həbsdə saxlanılır. Onun günahını etiraf edib-etmədiyi isə hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 385

Oxşar yazılar