Sabirabad sakini kriminal aləmi təbliğ edən paylaşımlarına görə saxlanılıb.
Lent.az xəbər verir ki, rayonun Qalağayın kənd sakini olan 34 yaşlı Nadir Musayev (ad və soyad şərtidir) sosial şəbəkələrdə kriminal aləmi təbliğ edən foto və videolar paylaşıb. Buna görə polis əməkdaşları onun ünvanına gedərkən Quruzma kəndində rastlaşıblar.
Polis Nadiri şöbəyə dəvət edərkən, o, qanuni tələbə məhəl qoymayıb. Şöbəyə aparılan Nadir Musayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.
Sabirabad rayon Məhkəməsinin qərarı ilə Nadir Musayev 100 manat məbləğində cərimələnib.