Göygöldə kişi həmkəndlisini bıçaqladı
01 iyun 2023 10:03 (UTC +04:00)

Göygöldə kişi həmkəndlisini bıçaqladı

Göygöldə bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Bəhrambəy kəndində baş verib. Abdullayev Zahir Mirzə oğlu ilə həmkəndlisi Qubuyev Azər İsmayıl oğlu arasında münaqişə yaranıb. Münaqişə zamanı Z. Abdullayev həmkəndlisinin qarnına 1 ədəd bıçaq xəsarəti yetirib.

Faktla bağlı cinayət işi başlanıb və Z. Abdullayev saxlanılıb.

# 1851
avatar

Mehman Nəbiyev

Oxşar yazılar