Kürdəmirdə evə basqın olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Kürdəmir rayon Polis Şöbəsinə sentyabrın 8-də Yenikənd kəndində yaşayan 86 yaşlı G.Məmmədovanın evə girən bir nəfərin onu döyərək pul verməsini tələb etməsi, lakin səs-küy yarandığından istədiyinə nail ola bilməyib hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini R.Bəşirov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.