Ərini sifarişlə öldürtmüşdü,  məhkəməsi başlayır...
11 avqust 2023 13:43 (UTC +04:00)

Ərini sifarişlə öldürtmüşdü, məhkəməsi başlayır...

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda sifarişlə qətl törədən mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Lent.az-ın məlumatına görə, hakim Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs Əzizə Seyidlinin vəkili vəsatətlə çıxış edib.

O bildirib ki, ibtidai istintaqda Əzizə Seyidli təzyiqlərə məruz qalıb, üzləşmə prosesi keçirilməyib: 

"Təqsirləndirilən Mehdi Məmmədov ibtidai istintaqa ifadəsində qətlə yetirilən adamla şəxsi münaqişəsi olduğunu və bu işin Əzizə Seyidli ilə heç bir əlaqəsinin olmadığını desə də, müstəntiq bu ifadəni nəzərə almayıb. Müstəntiqə dəfələrlə üzləşmə keçirilməsini xahiş etsəm də, o, heç bir üzləşmə keçirmədi. Mehdi Məmmədovla görüşüb danışdığım protokollaşdırılmadı və işə əlavə edilmədi. Məhkəmədən xahiş edirəm, bu nüanslar nəzərə alınsın". 

Müşavirədən sonra məhkəmənin baxış iclası avqustun 16-na təyin olunub. 

İttihama görə, hadisə bu il  martın 16-da Sabunçu rayonunda baş verib.

Həmin gün 0:05-də 30 yaşlı Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı 23 yaşlı Əzizə Seyidovanın təşkilatçılığı ilə 42 yaşlı Mehdi Məmmədov, 35 yaşlı Elnur Əliyev və 28 yaşlı Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında cinayətin Əli Seyidlinin arvadı Əzizə Seyidovanın sifarişi əsasında Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyev tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4125
avatar

Fidan İlqar

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45