Masazırda törədilən qətllə bağlı bəzi təfərrüatlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Elnur Musayev həyat yoldaşı ilə boşanma ərəfəsində olub.
O, bu gün evə əşyalarını götürmək üçün gedibmiş. Bu zaman ərlə arvad arasında yenidən münaqişə yaranıb. Münaqişə sonda qanla bitib.
Onu da qeyd edək ki, E.Musayev həyat yoldaşına 20-ə yaxın bıçaq zərbəsi endirib.
***
saat 14:06
Avqustun 24-də 13:30-da Abşeron rayonu Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü İsaqova Səkinəxanım Vaqif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1995-ci il təvəllüdlü Musayev Elnur Nurəli oğlu könüllü polisə gələrək təslim olub. O, saxlanılıb.
Araşdırma aparılır.