Bakıda supermarketi qarət edənlər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 24-də saat 22 radələrində Nizami rayonu ərazisində yerləşən marketlərin birində nəzarətçinin 240 manat dəyərində 5 qutu şokoladı oğurlamağa cəhd göstərən şəxsi saxlamaq istəyərkən həmin şəxsin onun üzərinə kəsici alət çıxararaq oradan uzaqlaşması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar S.Süleymanov və T.Tahirov müəyyən olunaraq saxlanılıblar. Şəxsi axtarış zamanı S.Süleymanovdan metamfetamin və 1 ədəd bıçaq, T.Tahirovdan isə metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
***
27.09.2023
Saat: 09:20
Bakıda quldurluq hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu Özbəkistan küçəsində yerləşən "Bazarstore" supermarketdə baş verib. Naməlum şəxs mağazadan 240 manat dəyərində olan 5 qutu şokoladı oğurlayarkən nəzarətçi onu görüb və saxlamaq istəyib. Bu zaman həmin şəxs nəzarətçiyə bıçaq çıxararaq, hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma aparılır.