Bakıda quldurluqda təqsirləndirilən şəxs axtarışa verilib.
Lent.az xəbər verir ki, Tağızadə Məmmədağa Ruslan oğlu quldurluqda ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.
Məmmədağa Tağızadənin istintaqa təhvil verilməsi üçün Bakı polisi tərəfindən barəsində axtarış elan olunub.
Qeyd edək ki, M. Tağızadə özünü sərbəst güləş üzrə dünya çempionu kimi təqdim edərək, Bakının Nəsimi rayonunda Ələkbər Qasımovu yaşadığı evdə bıçaqlayıb. Daha sonra evdən 2700 dollar və 1000 manat pul götürərək qaçıb.