Bakıda qadın şəkilləri ilə şantaj olundu - VİDEO
09 may 2023 10:20 (UTC +04:00)

Bakıda qadın şəkilləri ilə şantaj olundu - VİDEO

Bakıda qadın şantaj edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə göər, paytaxt sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə paylaşılacağı ilə hədələnərək ondan 250 manat pul tələb olunması barədə polisə məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə (şantaj) şübhəli bilinən Bakı sakini 24 yaşlı İbrahim Nəcəfov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla İ.Nəcəfovun sosial şəbəkədə işlətdiyi səhifəsində həmin qadının şəkillərini bir dəfə paylaşaraq ondan 180 manat tələb edərək alması, bir müddət sonra isə yenidən hədə-qorxu ilə pul tələb etməsi müəyyən olunub.

# 3255
avatar

Oxşar yazılar