Bakıda parkda kişi bıçaqlandı
02 iyun 2023 11:12 (UTC +04:00)

Bakıda parkda kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 31-də Sabunçu qəsəbə sakini Yusif Novruzovun xəsarət alması barədə polisə məlumat daxil olub.

Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün saat 21 radələrində qəsəbə ərazisində yerləşən parkda Qəbələ rayon sakini Əli Rəsulovun münaqişə zəminində Y.Novruzova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Ə.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.

Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2382
avatar

Oxşar yazılar