Bakıda öldürülən kişinin qızı DANIŞDI:  "Biri deputatın dayısıdır"
20 aprel 2023 10:53 (UTC +04:00)

Bakıda öldürülən kişinin qızı DANIŞDI: "Biri deputatın dayısıdır"

İş xanımı Elnarə Bəkirova atası Kamran Bəkirovun qətli ilə bağlı müraciət edib.

Lent.az xəbər verir ki, Elnarə bu barədə instaqramda canlı yayımda bildirib. O, istintaqın gedişi ilə bağlı bunları deyib:

"Atam aprelin 6-da dostu ilə iş görüşməsinə gedib və oğurlanaraq qətlə yetirilib. Bunu edənlərin qanun qarşısında cavab verməsi üçün əlimdən gələni edəcəyəm. Bir ailəni başsız qoydular. Neçə gündür atamı görmürəm. Baş Prokurorluqdan məsələni öz üzərinə götürməsini xahiş edirəm. Hisslərimi cilovlaya bilmirəm. Atam övladlarımıza babalıq yox, atalıq edib. Atamın qətlində təqsirli bilinən şəxsin yaxınlarının vəzifəli şəxs olduğunu öyrənmişən. Ölkədə bir insan oğurluğu baş verib və qətllə nəticələnib. Amansız şəkildə qarnına, ayağına daş bağlayıb quyuya atıblar. Ailəmiz buna dözə bilmir. Bunu törətməkdə təqsirli bilinənlərin ailəsindən heç kim gəlib bizə üzürxahlıq etmədi. 

Atamla dünyasını dəyişməzdən bir gün əvvəl danışdım, dedi ki, qorxma böyük adamlardır, pulu göstərəcəm, iş görəcəyik. Dövlətimə güvənirəm. İnanıram ki, cinayəti törədənlər lazımi cəzanı alacaqlar. 

Atamın cinayətindən məlumat ala bilmirəm. Atam hansı maşınla gedib, necə olub, hansı saatda öldürülüb deyilmir. Onlara bir maddə ilə iş açmısınız. Atamın ölüm xəbərini saytlardan öyrəndim. Atamın üst geyimini tapa bilmirəm. Zəng edib morqdan özüm soruşuram. Öyrənmişəm ki, cinayəti törətməkdə təqsirli bilinənlərdən biri deputatın dayısı, digəri isə başqa dayısının kürəkənidir. Ən azından gəlib, üzrxahlıq edərdilər. Etmədilər...

Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov atamın cəsədinin tapılmasında bizə çox yardım etdi. Tapılmaya da bilərdi, quyuya atılmışdı və hadisəni törətməkdə təqsirli bilinənlər bilet almışdı, ölkədən gedəcəkdi, amma yaxalandılar. 

Aprelin 6-dan bu hadisə olub, vəkilimə belə məlumat verilmir. Biz onlardan bir kəlmə belə soruşa bilmirik. Bəlkə də istintaq bu cür davam edir, olsun. Əminəm ki, günahkarlar layiqli cəzanı alacaqlar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5157
avatar

Oxşar yazılar