Mayın 10-də saat 20:30-da Binəqədi rayonu, Biləcəri qəsəbəsində evlərin birində 58 yaşlı Abbasov Etibar Mehrac oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.