Bakıda "lift oğrusu"  ələ keçdi - VİDEO
07 mart 2022 17:47 (UTC +04:00)

Bakıda "lift oğrusu" ələ keçdi - VİDEO

Bakıxanov qəsəbəsində binadan liftlərin naqillərini oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin  əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Nürəddin Abıyev tutulub. 

Tutulan zaman ondan narkotik vasitə heroin də aşkar edilib.

Keçirilən əməliyyat nəticəsində onun Bakıxanov qəsəbəsi ərazisində yerləşən 10-a yaxın hündürmərtəbəli binanın liftlərinin naqillərini kəsərək oğurladığı məlum olub. Nürəddin Abıyev ifadəsində oğurladığı naqilləri paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdığını bildirib.

Faktlarla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Nürəddin Abıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin paytaxtın digər rayonlarının ərazisində də analoji cinayətlər törətməsi istisna edilmir.   

Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1830
avatar

Sevinc Fərid

Oxşar yazılar