Bakıda köşklərdən oğurluq edənlər saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan X.Kazımov saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisindəki bir köşkdən 3500 manat dəyərində tütün məmulatı, 6 evdən isə pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Həmçinin ötən il dekabrın 31-də Binəqədi rayonunda köşklərin birindən 3800 manat dəyərində tütün məmulatı, danışıq kartları, qulaqcıqlar və müşahidə kameraları oğurlanıb.
Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Məhərrəmova saxlanılıb.