Bakıda kişi küçədə qadını döyüb qarət etdi
14 fevral 2025 13:48 (UTC +04:00)

Bakıda kişi küçədə qadını döyüb qarət etdi

Bakıda qadına qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayonu ərazisində naməlum şəxsin zor tətbiq etməklə 28 yaşlı qadının çantasını talaması barədə polisə məlumat daxil olub.

Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Ə.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2230

Oxşar yazılar