Bakıda ər arvadını öldürmək istəyib.
Xətai rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, aprelin 18-i saat 14 radələrində rayon ərazisində 33 yaşlı Amilə Vəliyevanın xəsarət alması barədə məlumat daxil olub.
İlkin araşdırma zamanı 35 yaşlı Samir Əliyevin şəxsi mübasibətlər zəminində keçmiş arvadı Amilə Vəliyevaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Samir Əliyev şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam etdirilir.