Bakıda kişi gecəyarı dostunu bıçaqladı
08 iyun 2023 10:14 (UTC +04:00)

Bakıda kişi gecəyarı dostunu bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Nərimanov rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, iyunun 7-də saat 1 radələrində 32 yaşlı Teymur Abdullayevin xəsarətlərlə xəstəxanaya daxil olması barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı 26 yaşlı Əbil Muradovun Nərimanov rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Teymur Abdullayevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Əbil Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İbtidai istintaq davam etdirilir.

# 1905
avatar

Oxşar yazılar