Bakıda bıçaqlanma hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda baş verib. 31 yaşlı Allahverdiyeva Gülnarə Yusif qızı gecə saatlarında mübahisə zamanı 35 yaşlı Əşrəfov Amil Səməndər oğlunu bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, G. Allahverdiyeva əvvəllər Cinayət Məcəlləsinin 127.1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə məhkum olunub.