Bakıda Pakistan vətəndaşı qarət edilib.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən "Altus" otelinin qarşısında baş verib.
Bakıya gəzməyə gələn Pakistan vətəndaşı Sardar Muhammad Aşbaqın içərisində 100 min Pakistan rupisi, 250 manat, 1500 dollar və 300 dirhəm olan pul kisəsi oğurlanıb.
Hadisə barəsində pakistanlı turist polisə məlumat verib.
Araşdırılma aparılır.