Bakıda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, mayın 10-da saat 18 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobilin sürücüsünün 1 nəfəri döyərək mobil telefonunu alması barədə polisə məlumat daxil olub.
Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Quluzadə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.