Bakıda arvadını namaz üstündə öldürdü, Gürcüstanda tutuldu
11 fevral 2025 09:17 (UTC +04:00)

Bakıda arvadını namaz üstündə öldürdü, Gürcüstanda tutuldu

Fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 49 yaşlı Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 46 yaşlı Məmmədov Ramil Məhərrəm oğlu Gürcüstanda saxlanılıb. 

Onun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.

Qeyd edək ki, qadının namaz qılarkən öldürüldüyü bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1464

Oxşar yazılar