Prokuror Surxay Əliyevə CƏZA İSTƏDİ
10 fevral 2025 13:45 (UTC +04:00)

Prokuror Surxay Əliyevə CƏZA İSTƏDİ

"Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının həbsdə olan baş redaktoru Surxay Əliyevin və müavini Hikmət Nəcəfli barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Surxay Əliyevin 9 il, Hikmət Nəcəflinin 9 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif edib.

Vəkillər çıxış üçün vaxt istəyib.

Məhkəmə fevralın 12-də davam etdiriləcək.

Qeyd edək ki, onlar polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilirlər./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479

Oxşar yazılar