Ana övladlarının qollarını kəsib  öldürdü - Ölkəni sarsıdan CİNAYƏT
11 fevral 2025 14:33 (UTC +04:00)

Ana övladlarının qollarını kəsib öldürdü - Ölkəni sarsıdan CİNAYƏT

Türkiyədə dəhşətli cinayət hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə paytaxt Ankara şəhərinin Keçiören qəsəbəsində baş verib.

Ana S.A.D. naməlum səbəbdən özündən çıxaraq, övladları 10 yaşlı A.S.D., 7 yaşlı M.A.D. və 12 yaşlı A.B.D.-nin qollarını kəsib. Nəticədə A.S.D. və M.A.D. ölüblər. 12 yaşlı uşaq isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qadının bacısının əri Mehmet Altuğun sözlərinə görə, S.A.D. mütəmadi dərman qəbul edir və bir müddətdir ki, həmin həbləri içməyib.

Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1668

Oxşar yazılar