Gözəllik kraliçası  qızının bel çantasında 22 kiloqram narkotik gizlətdi
11 fevral 2025 11:05 (UTC +04:00)

Gözəllik kraliçası qızının bel çantasında 22 kiloqram narkotik gizlətdi

Argentinada gözəllik kraliçası kiçik qızının bel çantasında 22 kiloqram kokain gizlətdiyinə görə həbs edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 23 yaşlı Martina Oliva 29 yaşlı Qustavo Tolaba ilə birlikdə fevralın 5-də eyniadlı əyalətin Salta beynəlxalq hava limanı yaxınlığında saxlanılıb. Tolabanın “İt” adlı məşhur cinayətkar olduğu ortaya çıxıb. O, Los Baqayeros dəstəsində işləməkdə şübhəli bilinir.

Olivanın iki azyaşlı qızı da onunla səyahət edirmiş. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları qızlardan birinə məxsus bel çantasında narkotik aşkar ediblər. 22,6 kiloqram çəkisi olan kokain nazik alüminium təbəqəyə bükülü olub.

Hazırda Olivanın “Qrinqo” ləqəbi ilə tanınan Kristian Qabriel Palavesinonun rəhbərlik etdiyi narkotik alverçi qrupu ilə əlaqəsi yoxlanılır. O, 2023-cü ildə həbs edilib. Bunadək Argentinanın şimalında ən çox axtarılan, eləcə də tutulması mümkün olmayan cinayətkar hesab olunurdu.

Oliva bir çox gözəllik müsabiqələrində iştirakı ilə məşhurlaşıb. Xüsusilə, eyniadlı şöbədə "Miss Oran" titulunu qazanıb. Bundan sonra o, Miss Argentinaya düşmək üçün Salta əyalətinin gözəllik kraliçası olmağa çalışsa da, finala çıxa bilməyib. Buna baxmayaraq, Oliva geniş populyarlıq qazanaraq, internetdə bahalı paltar və çantalar satan uğurlu biznesə sahibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2383

Oxşar yazılar

Silahlılar kəndə basqın edib 300-dən çox adamı  öldürdülər

Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər

15 iyul 2025 , 12:36
115 yaşlı  marafonçu faciəli şəkildə öldü

115 yaşlı marafonçu faciəli şəkildə öldü

15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl  hamilə olduğunu öyrəndi - Özü DANIŞDI

Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI

15 iyul 2025 , 11:13
"Bitcoin"in məzənnəsində yeni rekord

"Bitcoin"in məzənnəsində yeni rekord

14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili  təqdim olundu

Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu

14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA:  ölənlər var

ABŞ-da kilsədə ATIŞMA: ölənlər var

14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər  xlordan zəhərləndi

Rusiyada 31 nəfər xlordan zəhərləndi

13 iyul 2025 , 22:47
Londonda təyyarə  qəzaya uğradı

Londonda təyyarə qəzaya uğradı

13 iyul 2025 , 22:16