Hindistanın şimal-şərqindəki Assam əyalətində polis azyaşlılarla evlənmək və uşaq toyları təşkil etməkdə ittiham olunan 1039 nəfəri həbs edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, həbslər bu il 1929-cu ildə qəbul edilmiş Uşaqların Nikahını Məhdudlaşdırma Aktının pozulmasına qarşı aparılan ikinci kampaniyanın bir hissəsidir.
“Uşaq nikahlarını törədənlərin tutulması əməliyyatı hazırda bütün ştatda aparılır. Bu ay Assamda yetkinlik yaşına çatmayanların evliliyi və uşaq toyları şübhəsi ilə həbs olunanların sayı 3000-ə çata bilər”, - əyalət hökumətinin baş naziri Himanta Bisva Sarma sosial mediada yazıb.