Azyaşlı qızının gözü qarşısında anasını öldürən kişidən  YENİ XƏBƏR
25 iyun 2023 17:12 (UTC +04:00)

Azyaşlı qızının gözü qarşısında anasını öldürən kişidən YENİ XƏBƏR

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Astara rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, bu il martın 13-də Astara rayon Maşxan kənd sakini 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla 1993-cü il təvəllüdlü Yusif Verdiyevin evə qanunsuz daxil olmaqla yatmış vəziyyətdə olan keçmiş arvadı Gülşən Qurbanovanı azyaşlı qızının gözü qarşısında bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Yusif Verdiyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 157.1-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2979
avatar

Oxşar yazılar