Arvadlarını öldürən  kişi intihar etdi
06 sentyabr 2023 16:10 (UTC +04:00)

Arvadlarını öldürən kişi intihar etdi

Türkiyədə həyat yoldaşlarını öldürən kişi intihar edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Bursada yaşayan 59 yaşlı Həsən Küçükyılmaz birinci arvadını 2008-ci ildə silahla vuraraq öldürüb.

Uşaqların gözü önündə arvadını öldürdükdən sonra həbs olunaraq ömürülük həbs cəzasına məhkum edilir. Qatil cəmi 7 il həbsdən sonra azadlığa çıxıb.

Ötən il o, Özlem adlı qadınla ikinci dəfə ailə həyatı qurub. N.Küçükyılmaz Həsən Küçükyılmaz tərəfindən dəfələrlə şiddətə məruz qaldığı üçün ərini tərk edərək anasına sığınır. Həsən Küçükyılmaz bu dəfə həm həyat yoldaşını, həm də qayınanasını öldürüb, sonra da eyni silahla intihar edib.

Bildirilir ki, Həsən Küçükyılmaz hər iki həyat yoldaşına göstərdiyi şiddət səbəbindən tərk edildikdən sonra qətlləri törədib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3114
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar