Türkiyədə arvadını öldürən kişi intihar edib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Ankara şəhəri Altındağ qəsəbəsində baş verib. H. B. ilə arvadı Ş. B. arasında naməlum səbəbdən mübahisə yaşanıb. Mübahisə getdikcə böyüyüb və bu zaman ər arvadını tüfənglə güllələyib.
Daha sonra H.B. həmin tüfənglə atəş açaraq özünə də qəsd edib. Onların heç birinin həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.