Azərbaycanın Qarabağ ərazisində erməni seperatçılarının qurduğu qondarma rejimin keçmiş rəhbəri Araik Arutyunyana Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Xankəndi şəhərində anadan olmuş, 1973-cü il təvəllüdlü “Dağlıq Qarabağ Respublikasının prezidenti” Araik Arutyunyan cari il oktyabrın 3-də Xankəndi şəhərində saxlanılıb, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.
Maraqlıdır, bu ittihamlarla Araik Arutyunyanı nə qədər həbs cəzası gözləyir?
Lent.az-a açıqlama verən hüquqşünas Əsabəli Mustafayev Araik Arutyunyanın tək maddə ilə ittiham olunduğu halda belə ömürlük həbs cəzasını gözlədiyini açıqlayıb:
"Bu məsələdə tutulan hər bir şəxslər demək olar ki, eyni maddələrlə ittiham olunur. Eləcə də Araik Arutyunyan. Çox ağır maddələrdir. Hətta tək bir maddə ilə ittihamı təsdiqlənərsə, ömürlük həbs cəzası onu gözləyir".