Rusiyanın Volqoqrad şəhərində qadın uşağının dayəsini vəhşicəsinə öldürüb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, qadın azyaşlı oğluna bir neçə ay baxan 69 yaşlı dayəni təhqir edib. Növbəti dava zamanı qadın təqaüdçünü döyərək öldürüb, cəsədini boş yerə aparıb və yandırıb.
O, 9 il müddətinə azadlıqdan məhrum edilib. Qadın hökmdən apellyasiya şikayəti versə də, cəzasını azalda bilməyib.