Kazanda ana oğlunun müəllimini bıçaqlayıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, şəhərədki məktəblərin birindən ibtidai sinif şagirdinin anasının müəllimə hücumu ilə bağlı polisə zəng daxil olub. Qadın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Ana müəllimin övladına məhəl qoymamasından qəzəblənib. O, müəlliməni qolundan yaralayıb, uşaqlardan heç biri xəsarət almayıb.
Qadın barəsində “Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə” maddəsi ilə cinayət işi başlanıb.