Bursanın Osmanqazi məhəlləsində bu gecə yerli vaxtla saat 03.30-da ailə faciəsi yaşanıb.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə; axşam saatlarında 7 yaşlı oğlu ilə ailəsinin evinə gələn 29 yaşlı Abdulsamet Yayaşit ilə 64 yaşlı atası Seyithan Yayaşit arasında naməlum səbəbdən mübahisə düşüb. Qısa müddətdə böyüyən mübahisə davaya çevrilərkən, 69 yaşlı anası Zozan Yayaşit və 25 yaşlı qardaşı Mücahit Yayaşit araya girərək Abdulsamet Yayaşiti otaqdan çıxararaq davanın qarşısını almaq istəyiblər.
Bu vaxt Abdulsamet Yayaşit yataq otağından götürdüyü ov tüfəngi ilə qonaq otağında ailə üzvlərinə atəş açıb və əvvəlcə atası Seyithan Yayaşiti, daha sonra anası Zozan Yayaşiti və qardaşı Mücahit Yayaşiti vurub. Başından və bədəninin müxtəlif yerlərindən güllə yarası alan ana Zozan Yayaşit və ata Seyithan Yayaşit hadisə yerində həyatını itirib.
Yaralanaraq ilk hücumdan xilas olan Mücahit Yayaşit evdən qaçmağa çalışıb. Bu sırada mətbəxdən çörək bıçağını götürən Abdulsamet Yayaşit qardaşını 7 yaşlı oğlunun gözü qarşısında boğazını kəsərək öldürüb. Silah səsləri və Mucahit Yayaşitin kömək çağırışını eşidən qonşuların xəbəri üzərinə əraziyə çoxlu sayda polis və sağlamlıq qrupları sövq edilib.
Hadisə yerinə gələn polis qrupları 7 yaşlı oğlu ilə evdə gözləyən Abdulsamet Yayaşiti saxlayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Atasını, anasını və qardaşını öldürən Abdulsamet Yayaşitin 2 ay əvvəl həbsxanadan çıxdığı məlum olub.
Daha əvvəl ofisiant işlədiyi bildirilən Yayaşitin həbsdən çıxdıqdan sonra işsiz olduğu və tez-tez ailəsi ilə mübahisə etdiyi öyrənilib.
İki oğul atası olan şübhəlinin 6 ay əvvəl həyat yoldaşından boşandığı da bildirilir.