Sankt-Peterburqda otellərin birində hamilə qadın vəhşicəsinə öldürülüb.
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, qadının cinayət məsuliyyətinə cəlb olunduğu və hadisə baş verən zaman ev dustaqlığında olduğu məlum olub.
Məlumata əsasən, mayın 18-də Bolşoy Sampsoniyevski prospektindəki otellərdən birində 5 aylıq hamilə qadının meyiti tapılıb. Onun ərinin də otelin pəncərəsindən yıxıldığı, sağ qaldığı bildirilir.
Qeyd olunur ki, qadın 2021-ci ildə mühakimə olunub və ona iki il sınaq müddəti verilib. 2022-ci ildə o, dostuna onlayn mağazalarda külli miqdarda narkotik sifariş etməkdə kömək etdiyi üçün yenidən nəzarətə götürülüb. Onun başqa yerə getməməsi barədə yazılı vəsatət şəklində həbs-qətimkan tədbiri seçilib.
Onun əvvəllər fahişəliklə məşğul ola biləcəyi də bildirilib.
Faktla bağlı adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.