45 dəqiqəlik ürəyi dayanmışdı, sağalıb adam öldürdü
26 noyabr 2024 18:13 (UTC +04:00)

45 dəqiqəlik ürəyi dayanmışdı, sağalıb adam öldürdü

ABŞ-ın Vaşinqton ştatından olan Maykl Knapinski narkotikə görə bir adamı öldürməkdə ittiham olunub. Cinayətkar dörd il əvvəl 45 dəqiqəlik ürək dayanmasından sonra həyata qaytarılan şəxsdir.

Lent.az xarici mediaya istinadla bildirir ki, Knapinski 2020-ci ildə məşhurlaşıb. Belə ki, o, dostları ilə dağ gəzintisinə çıxıb. Bu zaman onlar müxtəlif istiqamətlərə gediblər və hava pisləşib. Bir müddət sonra qrup yenidən görüşüb, lakin Kapinski yoxa çıxıb. O, elə həmin axşam buzlu çayın yanında huşsuz vəziyyətdə tapılıb.

Reanimasiyada onun ürəyi dayanıb. O, 45 dəqiqə sonra həyata qayıdıb. Knapinski sağaldıqdan sonra həyatını yaxşılığa doğru dəyişəcəyini, cəmiyyətə kömək edəcəyini və xeyriyyə işləri ilə məşğul olacağını söyləyib. Ancaq dörd il sonra o, cinayətkar olub.

2024-cü ilin oktyabrında narkotik aludəçisi olan Knapinski dayanacaqda dilerlə görüş təşkil edib. O, 1900 dollar məbləğində metamfetamin və fentanil almağı planlaşdırıb. Müstəntiqlərin sözlərinə görə, Knapinski narkotikin pulunu ödəməmək qərarına gəlib və satıcını güllələyib. Zərərçəkəni xilas etmək mümkün olmayıb. Knapinski hazırda məhkəməni gözləyir.

Maykl Knapinski

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705
avatar

Oxşar yazılar