30 il əvvəl qətl törədən  azərbaycanlı həbs olundu
06 sentyabr 2023 17:49 (UTC +04:00)

30 il əvvəl qətl törədən azərbaycanlı həbs olundu

Rusiyanın Sankt-Peterburq şəhərində 30 il əvvəl baş vermiş cinayətin üstü açılıb.

Lent.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, söhbət 25 yaşlı Arif adında şəxsin yaxınları ilə birgə 2 rus qadını zorlaması və amansızlıqla qətlə yetirməsindən gedir.

Məlumata görə, 1993-cü il mayın 17-də Arif və dostları 2 qadını Qatçinsk rayonunun meşə ərazisinə aparıblar. Onları zorladıqdan sonra bıçaqla doğrayıblar. İlkin istintaqa o da məlum olub ki, bu illər ərzində Arif bir neçə dəfə pasportunu dəyişib. Uzun müddət Peterburqda yaşamayıb. 2000-ci illərdə o, narkotik maddələrlə bağlı 2 dəfə həbs olunub, amma qətl epizodu ilə bağlı ona ittiham irəli sürülməyib.

Hazırda təcridxanada saxlanılan Arifin həmin günü onunla bərabər olan dostları da axtarılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3501
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar