Türkiyədə oğul atasını öldürüb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Kahramanmaraş şəhərinin Andırın qəsəbəsində baş verib. 58 yaşlı A.B.-nin ölümü ilə bağlı prokurorluq araşdırmalara başlayıb.
Onun yaşadığı evdə aparılan araşdırma nəticəsində yeməkdə və şprisin içərisində zəhərli maddə tapılıb. Kişinin həmin gün evdə 14 yaşlı oğlu H.B. ilə tək qaldığı bilindikdən sonra onun ifadəsi alınıb.
Oğul ifadəsində atasının söyüşünə əsəbiləşdiyini və dəmirlə onu döyəcəyindən qorxduğunu bildirib. Onun sözlərinə görə, belə olduğu halda balta ilə atasını öldürüb.
Yeniyetmə saxlanılaraq, istintaqa təhvil verilib.