11 yaşlı oğlan əmisi qızını GÜLLƏLƏDİ
03 iyun 2023 14:07 (UTC +04:00)

11 yaşlı oğlan əmisi qızını GÜLLƏLƏDİ

Türkiyədə 11 yaşlı uşaq ehtiyatsızlıqdan əmisi qızını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ədirnə şəhərinin Menzilahir məhəlləsində baş verib. Buradakı mənzillərin birində 11 yaşlı Y. D. tüfənglə oynayarkən qəflətən silahdan atəş açılıb.

Güllə azyaşlının otaqda olan əmisi qızı 16 yaşlı Naz Gürateşə dəyib. Yaralı təcili xəstəxanaya yerləşdirilib. Lakin burada göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

11 yaşlı Y.D. isə polis tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3042
avatar

Oxşar yazılar