Azərbaycanda növbəti devalvasiya olacaq? - <span style="color:red;">MƏRKƏZİ BANKDAN AÇIQLAMA
22 avqust 2016 18:16 (UTC +04:00)

Azərbaycanda növbəti devalvasiya olacaq? - MƏRKƏZİ BANKDAN AÇIQLAMA

Hazırda Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda valyuta satışları həyata keçirir və bu satışlar davam etdiriləcək.

 

APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından belə bildirilib.

 

“Devalvasiya ilə bağlı şayiələr əsassızdır. Belə ki, manatın məzənnəsi mövcud məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşır”, - deyə məlumatda vurğulanıb.

 

Mərkəzi Bankdan bildirilib ki, valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə  banklararası valyuta bazarı fəaliyyət göstərir və banklar valyuta tələblərini bu bazar vasitəsilə ödəyə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328
avatar

APA Baycan

Oxşar yazılar