Sahibkarlara <span style="color:red;">ŞAD XƏBƏR : <span style="color:red;">yeni heyvanlar gətirilir
11 dekabr 2014 12:01 (UTC +04:00)

Sahibkarlara ŞAD XƏBƏR: yeni heyvanlar gətirilir

7160 baş iri buynuzlu cins damazlıq heyvanların gətirilməsi üçün müqavilə imzalanıb. Kənd Təsərrüfatı Nazirliyindən Lent.az-a verilən məlumata görə, satın alınacaq damazlıq düyələrin cins tərkibinin araşdırılması, seçilməsi və respublikaya gətirilməsi məqsədilə Nazirliyin bir qrup mütəxəssisi və idxal olunacaq damazlıq heyvanların alınmasını sifariş vermiş sahibkarlar Almaniya Federativ Respublikasında ezamiyyətdə olublar.

Ezamiyyə müddətində Almaniyanın Bremen, Aşağı Saksoniya və Saksoniya  əyalətlərinin heyvandarlıq təsərrüfatlarına baxış keçirilmişdir. Eyni zamanda heyvanların seçilməsində bilavasitə sahibkarların özləri də iştirak ediblər.

Hazırda 948 baş Holşteyn-friz cinsli damazlıq heyvan seçilərək karantinə qoyulub,  onlardan 264 başı respublikamıza idxal olunmuş, növbəti 264 baş isə gətiriləcək. Həmin heyvanların bir neçə günə respublikaya çatacağı və sahibkarlara təhvil veriləcəyi gözlənilir.

 

# 85
avatar

Oxşar yazılar