Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 12-də Bakı şəhərində hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb.
Lent.az-ın verdiyi məlumata görə, hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısında İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeçiliyindəki Mərkəzi Aptek Bazasının qarajı da var.
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsi, 12 K ünvanında yerləşən bazanın sahəsi 556.4 kv.m, start və ilkin satış qiyməti 64 min 800 manatdır.