Dəmir yolu üçün yeni lokomotivlər və vaqonlar alınacaq
12 oktyabr 2013 14:31 (UTC +04:00)

Dəmir yolu üçün yeni lokomotivlər və vaqonlar alınacaq

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncamın icrası istiqamətində görülən işlərdən danışıb.

 

Lent.az-ın verdiyi məlumata görə, Arif Əsgərov deyib ki, Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir, bu günə kimi 282 km yol əsaslı təmir olunub, bunun 227 kilometri uzun ölçülü relslərlə əvəzlənib.

 

Arif Əsgərov  bildirib ki, Dövlət Proqramı çərçivəsində elektrik təchizatı, işarəvermə və rabitə təsərrüfatlarının yenidən qurulması istiqamətində işlər yeni mərhələyə qədəm qoyub. Yeni lokomotivlərin və müxtəlif təyinatlı vaqonların alınması  da gündəmdədir: “Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında “Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi” çərçivəsində 450 milyon dollar məbləğində kredit sazişi imzalanıb. Sentyabr ayında ilkin kreditə əlavə olaraq 220 milyon dollar məbləğində kredit sazişi imzalanıb. Əlavə maliyyələşdirmə vəsaitləri əsasən Bakıdan Gürcüstan sərhədinə qədər sabit cərəyandan dəyişən cərəyana keçid və dəmir yolu işarəvermə sisteminin yenidən qurulmasına sərf olunacaq. Saloğlu-Poylu mənzilinin 73 km-də Kür çayı üzərindəki yeni ikinci körpünun və körpü üzərindən keçən dəmir yolu xəttinin tikintisi, Çarxı-Sarvan mənzilinin 2508 km-də Vəlvələçay üzərində yerləşən dəmir-beton körpünün və Saatlı-Becar mənzilinin 98 km-də Araz çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası görülən işlər sırasındadır. Dünya Bankının layihəsi çərçivəsində Bakı-Böyük Kəsik sahəsində dəyişən cərəyanlı dartı sisteminə keçidlə əlaqədar və 50 ədəd dəyişən cərəyanla işləyən yeni lokomotivlərin alınması üzrə müvafiq prosedurlara uyğun olaraq işlər davam etdirilir”.

 

Arif Əsgərov onu da vurulayıb ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planında bütün sahələrin, o cümlədən vaqon təsərrüfatının dirçəldilməsi üçün bütün məqamlar nəzərə alınıb: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 60 ədəd sərnişin vaqonu  təmir müddətinin keçməsi səbəbindən  Ukrayna Respublikasına təmirə göndərilmiş, bu günə kimi 46 vaqon təmir olunaraq Azərbaycana gətirilib. Eyni zamanda Rusiya Federasiyasının Voronej şəhərinə göndərimiş 16 vaqondan 6-sı artıq ölkəmizə gətirilmişdir. Hazırda Bakı-Tbilisi, Bakı-Moskva, Bakı-Xarkov və Bakı-Balakən şərnişin qatarları bu vaqonlardan tərtib olunub. Neft və neft məhsullarının daşınması üçün 300 ədəd yeni çən vaqonlarının, quru  yüklərin daşınması üçün vaqonların, yük vaqonlarının əsaslı təmiri üçün tələb olunan avadanlıq və ehtiyat hissələrinin alınması, Bakı vaqon deposunda sərnişin vaqonlarının əsaslı təmir bazasının yaradılması da gündəmdədir”.

 

Arif Əsgərov qeyd edib ki, Neft Dağılmalarına Qarşı Cavab Tədbirlərində potensialın yaradılmasının tərkib hissələrindən biri kimi “Fövqəladə Hallar Qatarı” MMC-nin maddi-texniki bazasının yenidən qurulması istiqamətində bir sıra islahatlar aparılır. Zəruri yeni texnika, maşın-mexanizmlər, materiallar alınıb və “Fövqəladə Hallar Qatarı” MMC-nin Gəncə, Biləcəri, Hacıqabul, İmişli, Yevlax və Şabran bölmələri arasında paylanıb. Dəmir yollarının təmiri və saxlanması üçün Avstriyadan alınmış yeni GSM 09-32, RM-80 və USP-2000 markalı yol təmiri maşınlarının fəaliyyəti və onların saxlanması üçün Biləcəridəki Motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri emalatxanasında anqarın tikintisi başa çatmaq üzrədir: “Keçən il fevralın 22-də 24 saylı Salyan Rels-Qaynaqlama Qatarında 800 metrlik uzunölçülü relslərin hazırlanıb daşınmasına start verilib. 4 iyul 2012-ci ildə Qızılca qırmadaş zavodun ikinci istehsal xətti və yeni bunkeri istismara verilib. Sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür. 1 mart 2012-ci ildən Bakı-sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış Pos-terminallar vasitəsilə nəğdsiz ödənişi tətbiq edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1880
avatar

Oxşar yazılar