Azərbaycan bankları dekabrın 21-də milli valyutanın devalvasiyası ilə əlaqədar pul köçürmələrini dayandırıb.
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, bunu banklarda aparılmış monitorinq göstərib.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişərək 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib.Manata nəzərən avronun kursu isə 1,16850 (17 dekabr - 1,1394) manat olub.
Pul köçürmələrini bu günün ikinci yarısında bərpa etmək planlaşdırlır.
Bu, xarici valyuta ilə bağlı digər bank əməliyyatlarına, eləcə də valyuta mübadiləsinə təsir edib.