(R) DəmirBank şirkət və təşkilatlara “Korporativ kart” məhsulunu təklif edir
09 iyun 2014 13:44 (UTC +04:00)

(R) DəmirBank şirkət və təşkilatlara “Korporativ kart” məhsulunu təklif edir

DəmirBank şirkət və təşkilatlar üçün nəzərdə tutulan “Korporativ kart” məhsulunu təqdim edib. Bu kartlardan həm şirkətin rəhbərləri, əməkdaşları, həm də ezamiyyətə gedən şəxslər istifadə edə bilər.

 

“Korporativ kart” hüquqi şəxsin və fərdi sahibkarın ezamiyyə, nümayəndəlik xərclərində, biletlərin alınmasında, otel, vergi, rüsum, icarə haqqı və digər ödənişlərin aparılmasına imkan verən effektiv vasitədir. “Korporativ kart” xərcləmələrə detallı hesabatlıq və təhlil imkanları yaradır ki, bu da prosedurları və adminstrativ xərcləri azaldır.

 

“Korporativ kart” bir sıra üstünlüklərə malikdir: böyük həcmdə pulların daşınması, pulun itirilmə və oğurlanma riskinin azalması, itirildikdə və ya oğurlandıqda telefon vasitəsilə dərhal bloklaşdırılması, kağız sənədləşmənin həcmini və əməliyyat xərclərinin azalması, avtomatlaşdırılmış nəzarət, xərclərin asan təhlil etmə imkanı və s.

 

DəmirBank kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və sair xidmətlər təqdim edir. DəmirBank-ın kart sahibləri “İl Boyu Endirimlər” proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilər.

 

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

# 557
avatar

Oxşar yazılar