Rusiyanın Primorski diyarında çoban iti yaş yarımlıq uşağı parçalayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Barano-Orenburgskoye kəndində, sərhəd dairəsinə daxil olan fərdi yaşayış evinin həyətində baş verib.
İlkin məlumata görə, azyaşlı oğlan həyətdə böyük bacısı ilə birlikdə olarkən itin yem qabına toxunub. Bundan sonra it uşağa hücum edib.
Hadisə yerinə gələn həkimlər reanimasiya tədbirləri görsələr də, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb. Bildirilir ki, ailəyə psixoloqlar tərəfindən dəstək göstərilir.