[b]Gələn ay Azərbaycanın ÜTT-yə üzvlüyü müzakirə ediləcək[/b] - CENEVRƏDƏ
23 iyun 2016 09:57 (UTC +04:00)

[b]Gələn ay Azərbaycanın ÜTT-yə üzvlüyü müzakirə ediləcək[/b] - CENEVRƏDƏ

 

Cenevrədə iyulun 12-23-də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması istiqamətində danışıqlar keçiriləcək.

 

APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

 

Nazir müavini bildirib ki, işçi qrupunun görüşləri olacaq: "Həmçinin daxili kənd təsərrüfatının dəstəklənməsi ilə bağlı çoxtərəfli görüşlər olacaq. Ola bilsin ki, 3 və ya daha çox ikitərəfli danışıqlar olsun. Biz artıq Rusiya, Səudiyyə Ərəbistanı və Norveçdən təklif almışıq. Biz və vaxtda ÜTT-yə üzv olacağıq. Danışıqlar gedir. Amma bunun nə zaman bitəcəyini demək çətindir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 389
avatar

APA Baycan

Oxşar yazılar