[b]Asiya İnkişaf Bankı Azərbaycana 500 milyon dollar kredit ayıracaq[/b]
07 dekabr 2016 09:57 (UTC +04:00)

[b]Asiya İnkişaf Bankı Azərbaycana 500 milyon dollar kredit ayıracaq[/b]

 

Asiya İnkişaf Bankı (AİB) iqtisadiyyatın şaxələndirilməsi üçün Azərbaycana 500 mln. dollar kreditin ayrılmasını təsdiqləyib.

 

 

APA-Economics”in bankın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu kredit Azərbaycanda sosial xərclərə yönəldiləcək, yeni iş yerlərinin açılması və neftin ucuzlaşmasının mənfi təsirlərinin yumşaldılması üçün iqtisadiyyatın diversifikasiyasına xərclənəcək.

 

 

“AİB-in dəstəyi hazırda Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir və uzunmüddətli davamlı inkişaf və hərtərəfli artıma yardımı təmin edəcək”, - deyə AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Şon O Sallivan bildirib.

 

Onun sözlərinə görə, kredit Azərbaycan iqtisadiyyatının dövlət sektorunda effektivliyi, eləcə də biznesin asanlaşdırılması və rəqabət mühitini xeyli yaxşılaşdıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 383
avatar

APA Baycan

Oxşar yazılar